Noutbuk istifadəçilərinin diqqətinə: Batareyaya necə qənaət etmək olar?

 09:16 06.10.2026     62

"Windows" noutbukunun batareyasının enerji saxlama müddətini artırmaq üçün bir neçə sadə üsul var.

Redaktor.az xəbər verir ki, bu barədə “MobilesTalk” portalı məlumat yayıb.

Mütəxəssislər ilk növbədə "Windows" parametrlərində “Enerji və batareya” bölməsinə daxil olmağı və “Enerji tövsiyələri” hissəsindəki təklifləri tətbiq etməyi məsləhət görüblər. Həmçinin “Enerji rejimi” bölməsində “Ən yaxşı enerji səmərəliliyi” seçiminin aktivləşdirilməsi tövsiyə olunur. Bu rejim fon proseslərini məhdudlaşdıraraq enerjiyə qənaət etməyə kömək edir.

Bundan əlavə, ekranın sönmə və kompüterin yuxu rejiminə keçmə müddətini azaltmaq, ekran parlaqlığını aşağı salmaq məsləhət görülür. Noutbuk dəstəkləyirsə, dinamik ekran yenilənmə tezliyini aktivləşdirmək də batareyanın enerji sərfiyyatını azalda bilər.

Məqalədə “Batareya istifadəsi” bölməsinə daxil olaraq ən çox enerji sərf edən tətbiqləri müəyyənləşdirmək də tövsiyə edilib.

Mütəxəssislərin sözlərinə görə, uzun müddət istifadə edilən noutbukların batareyaları zamanla köhnəlir. Belə hallarda batareyanın dəyişdirilməsi cihazın enerji saxlama müddətini yaxşılaşdıra bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən