Smartfon və noutbukları belə təmizləmək olmaz - Xəbərdarlıq

 10:47 14.10.2026     68

Hidrogen peroksid smartfon və noutbukların təmizlənməsi üçün uyğun vasitə hesab edilmir. Bu maddə elektron cihazların xarici örtüyünə və daxili komponentlərinə zərər verə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə “SlashGear” portalı məlumat yayıb.

Məqalədə bildirilir ki, hidrogen peroksid metallarda korroziyaya səbəb ola bilər. Bundan əlavə, apteklərdə satılan 3 faizlik məhlulun əsas hissəsini su təşkil edir. Mayenin cihazın daxilinə nüfuz etməsi elektron komponentlərə zərər vura bilər.

Nəşr bu məsələdə “Apple” şirkətinin tövsiyələrinə də diqqət çəkib. Şirkət cihazların təmizlənməsi zamanı hidrogen peroksid əsaslı vasitələrdən istifadə etməməyi məsləhət görür.

“SlashGear” müəllifləri elektron cihazların xarici səthini təmizləmək üçün 70 faizlik izopropil spirti ilə nəmləndirilmiş xüsusi salfetlərdən istifadə etməyi tövsiyə edirlər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən