Telefonun qoruyucu üzlüyü simsiz enerji yığılmasını ləngidə BİLƏR

 10:27 26.10.2026     85

Smartfonların qoruyucu üzlükləri simsiz enerji yığılması prosesini ləngidə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə “MakeUseOf” nəşri məlumat yayıb.

Nəşrin jurnalisti Bredi Snayderin apardığı təcrübə göstərib ki, telefonun enerji yığma sürəti yalnız cihazdan və şarj qurğusundan deyil, həm də qoruyucu üzlükdən asılıdır. Üzlük istiliyin yayılmasına mane olmaqla enerji yığma müddətini uzada bilər.

Təcrübə zamanı üzlüksüz iPhone 18 Pro-nun simsiz enerji yığması 44 dəqiqə çəkib. Dəri üzlüklə isə bu müddət 62 dəqiqə olub. Beləliklə, üzlük enerji yığma müddətini 18 dəqiqə artırıb.

Jurnalist bildirib ki, enerji yığılması zamanı smartfonun batareyası qızır. Qoruyucu üzlük isə artıq istiliyin yayılmasını çətinləşdirir. Cihazın həddindən artıq qızmasının qarşısını almaq üçün qoruyucu mexanizm enerji yığma gücünü azalda bilər ki, bu da prosesin ləngiməsinə səbəb olur.

Təcrübə zamanı həmçinin müəyyən edilib ki, qalın üzlük smartfonun daxilindəki induksiya sarğısı ilə şarj qurğusu arasındakı məsafəni artırır. Bu amil də simsiz enerji yığma sürətinə mənfi təsir göstərə bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən