"iPhone" istifadəçiləri üçün vacib xəbərdarlıq: Yeniləmələri gecikdirməyin

 12:17 28.10.2026     78

“Apple” cihazlarının əməliyyat sistemlərində aşkarlanan altı təhlükəsizlik boşluğu zərərli tətbiqlərin istifadəçilərin fotolarına, media fayllarına və brauzer tarixçəsinə daxil olmasına imkan verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Positive Technologies” şirkəti məlumat verib.

Şirkətin tədqiqatçısı İlya Andr tərəfindən aşkarlanan boşluqlardan biri zərərli tətbiqlərin cihazın qorunan mühitindən kənara çıxmasına şərait yarada bilərdi. Digər boşluqlar isə fotoşəkillərə, o cümlədən gizli fotolara və müxtəlif media fayllarına giriş riski yaradırdı.

Bundan başqa, bəzi boşluqlar “Safari”, “Chrome” və “Firefox” brauzerlərində baxış tarixçəsinin oxunmasına və silinməsinə imkan verə bilərdi.

Təhlükəsizlik problemləri “App Store”, “Xcode” və “MobileGestalt” komponentlərində də aşkarlanıb. Bu boşluqlardan bəziləri tətbiqlərin normal şəraitdə giriş əldə edə bilmədiyi məlumatlara və funksiyalara çatmasına, digəri isə cihazın xüsusiyyətləri əsasında rəqəmsal barmaq izinin yaradılmasına şərait yarada bilərdi.

Şirkətin məlumatına görə, aşkarlanan bütün boşluqlar aradan qaldırılıb. “Apple” cihazlarının istifadəçilərinə əməliyyat sisteminin və tətbiqlərin ən son yeniləmələrini quraşdırmaq tövsiyə olunur.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən