Noutbukda bu funksiya interneti zəiflədə BİLƏR

 10:25 29.10.2026     95

"Windows"da olan bir funksiya internetin sürətini azalda bilər. Bu, xüsusilə yeniləmələr yüklənərkən və başqa kompüterlərə göndərilərkən baş verə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "BGR" nəşri məlumat yayıb.

Məlumata görə, “Windows” yeniləmələri təkcə “Microsoft”un serverlərindən deyil, digər kompüterlərdən də yükləyə bilir. Həmçinin kompüteriniz yeniləmələri başqa cihazlara göndərə bilər.

Bu zaman internetin bir hissəsi yeniləmələrin ötürülməsinə sərf olunur. Nəticədə videozənglərin keyfiyyəti pisləşə və fayllar daha yavaş yüklənə bilər. Lakin bu hal hər zaman baş vermir.

Bu funksiyanı söndürmək üçün "Windows" 11-də “Parametrlər” bölməsinə daxil olmaq, “Windows Update”, daha sonra “Əlavə parametrlər” və “Çatdırılmanın optimallaşdırılması” bölmələrini seçmək lazımdır. Burada yeniləmələrin digər cihazlardan yüklənməsinə icazə verən seçimi söndürmək olar.

Funksiya söndürülsə də, kompüter "Windows" yeniləmələrini “Microsoft”un serverlərindən almağa davam edəcək.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən