Mask görmə qabiliyyətini itirmiş şəxslər üçün yeni cihaz təqdim ETDİ

 12:24 31.10.2026     97

"Neuralink" şirkəti görmə qabiliyyətini tamamilə itirmiş şəxslərə yenidən görmək imkanı qazandırmağı hədəfləyən "Blindsight" adlı yeni layihəsini ictimaiyyətə təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə amerikalı iş adamı İlon Mask sosial şəbəkə hesabında paylaşım edib.

"İkinci məhsulumuz "Blindsight" adlanır. Adından da göründüyü kimi, bu cihaz heç vaxt görməmiş və ya sonradan görmə qabiliyyətini itirmiş şəxslərə dünyanı görmək imkanı yaradacaq. Layihə texniki baxımdan tam hazırdır. Hazırda yalnız müvafiq tənzimləyici qurumlardan rəsmi icazənin alınması gözlənilir", - deyə sahibkar qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən