“Microsoft” çökdü - Bu sistemlər işləmir

 08:38 13.11.2026     36

“Microsoft” şirkəti ABŞ, Böyük Britaniya, Yaponiya, Sinqapur və Avstraliya da daxil olmaqla, 74 ölkədə on minlərlə istifadəçiyə təsir edən genişmiqyaslı texniki kəsinti ilə üzləşib. Bağlantı problemləri səbəbindən “Outlook”, “Teams” və süni intellekt köməkçisi “Copilot” daxil olmaqla, bir çox “Microsoft 365” tətbiqinə giriş məhdudlaşıb.

Redaktor.az xəbər verir ki, “Downdetector” platformasının məlumatına görə, nasazlıq cəmi bir saat ərzində 74 ölkəni əhatə edib və “Outlook”la bağlı şikayətlərin sayı 140 minə çatıb.

İstifadəçilər “Microsoft Exchange Online” sisteminə qoşula bilmədiklərini, təqvim tətbiqlərindəki bəzi məlumatların görünmədiyini bildiriblər.

Ən azı 8 saat davam edən nasazlıqdan sonra “Microsoft” “X” platformasında açıqlama yayaraq problemin bir çox serverin gözlənilmədən oflayn rejimə keçməsi və qalan infrastrukturun həddindən artıq yüklənməsi səbəbindən baş verdiyini bildirib. Sistemlərin bərpası istiqamətində müsbət nəticələrin əldə edildiyi qeyd olunub.

İnteqrasiya problemləri səbəbindən “OpenAI” və “Anthropic” şirkətləri də “Microsoft” xidmətləri ilə bağlantıda nasazlıqların yarandığını təsdiqləyiblər.

Vumart və Güvən reklamı Vumart Güvən