İki ölkədə "Telegram"a qadağa QOYULDU

 19:00 16.11.2026     38

İraqın Media və Kommunikasiya Komissiyası hökumət rəhbərinin göstərişinə uyğun olaraq, milli təhlükəsizliyin qorunması və qeyri-qanuni məzmunla mübarizə çərçivəsində ölkədə "Telegram"a girişin məhdudlaşdırılması barədə qərar qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Agentliyin məlumatına görə, komissiya bu addımın əsas hədəfinin "Telegram" rəhbərliyini İraqdakı istifadəçilərin paylaşdığı materiallara nəzarət etməyə və qanun pozuntularının qarşısını almaq üçün müvafiq addımlar atmağa məcbur etmək olduğunu vurğulayıb.

Daha əvvəl İordaniya İctimai Təhlükəsizlik İdarəsi də ölkə ərazisində sözügedən tətbiqin fəaliyyətinin dayandırıldığını bəyan edib.

"Telegram" radikalizm və ekstremizm meyillərinin yayılmasına şərait yaradan, həmçinin ölkənin milli təhlükəsizliyinə xələl gətirən kibercinayətlərin həyata keçirildiyi bir məkana çevrilib", - deyə qurumun açıqlamasında bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən