Xiaomi şirkətindən QƏRAR Bu telefonları dəstəkləməyəcək

 22:22 07.04.2019     700

Çinin məşhur Xiaomi şirkətinin yeni qərarı bəzi istifadəçilərini üzəcək.

Redaktor.az xarici KİV-ə istinadla bildirir ki, məşhur şirkət 7 fərqli telefon modelinə verdiyi dəstəyi geri götürdüyünü açıqlayıb. Xiaomi şirkəti “Redmi” seriyasından olan bəzi modellərə artıq MIUI versiya dəstəyini verməyəcək. Nəticədə bəzi cihazlar yalnız bir müddət təhlükəsizlik yenilənməsi alacaq.

Həmin telefon modelləri bunlardır:

Redmi Note 4

Redmi 3S

Redmi 3X

Redmi 4

Redmi 4A

Redmi Note 3

Redmi PRO