LG şirkəti telefon istehsalını dayandırır - Bu ölkədə

 08:50 25.04.2019     646

Cənubi Koreyanın LG şirkəti ölkədə telefon istehsalını dayandırıb.

Redaktor.az xarici KİV-ə istinadən bildirir ki, şirkətin bu qərarı verməsinə səbəb uzun müddətdir satış işlərinin yaxşı getməməsidir.

Əldə edilən son məlumata əsasən, şirkət istehsalı Vyetnamdakı fabrikinə yönləndirəcək. Yəni, qısa müddət də olsa LG ümumi telefon istehsalını dayandırmayacaq. Qəbul edilən qərar yalnız Cənubi Koreyaya şamil ediləcək.

Az satışı olmasına baxmayaraq, LG şirkəti “Samsung” kimi güclü rəqibi ilə mübarizəsini davam etdirəcək.

Rüfət Xəlil / REDAKTOR.AZ