DİQQƏT! - "Facebook"da bu mövzuda yazsanız, hesabınız bağlanacaq

 12:33 05.05.2019     1393

“Facebook” sosial şəbəkəsi daha bir yeniliyə imza atıb.

Redaktor.az
xəbər verir ki, şirkət irqçiliklə bağlı statuslar yazan və postlar paylaşan şəxslərin hesabını bağladığını bildirib.

Bəzi “ağlar”ın üstünlüyünün yazıldığı statusların sahibləri, eyni zamanda işlətdiyi səhifələr birdəfəlik bağlanıb.

Onlar bildirib ki, bu kimi tədbirlər davam edəcək.(axşam)