Azərbaycanda internetin qiyməti UCUZLAŞACAQ

 14:14 08.05.2019     974

Azərbaycanın magistral operatoru olan "Delta Telecom" MMM may ayının 10-dan provayderlərə təmin olunan internetin qiymətində təxminən 70%-ə qədər endirim təklif edəcək.

Redaktor.az ONA-ya istinadən bildirir ki, endirim qiymətlərindən istifadə etmək istəyən provayderlər satdığı internetin keyfiyyətinin yüksək səviyyədə olması və son istifadəçiyə qiymətlərdə endirim etməsi öhdəliyini götürməlidir.

Maraqlı olan provayderlər endirim paketi haqqında ətraflı məlumat almaq üçün müəssisəyə müraciət edə bilərlər.