Daha bir neçə şirkət “Huawei” ilə əməkdaşlığı dayandırdı

 14:45 24.05.2019     7052

ABŞ-ın “Google” şirkəti Çinin “Huawei” şirkəti ilə əməkdaşlığı dayandırandan sonra daha bir neçə xarici kompaniya oxşar addım atıb.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, “İntel”, “Broadcom”, “Qualcomm”, “Xilinx”, ARM”, “Panasonic”, “Lumentum Holdings”, “Qorvo İnc”, “Toshiba Corp”, “Analog Devices“ şirkətləri də Huawei” ilə əlaqələrini dayandırıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp milli texnologiyaya təhdid təşkil etdiyini əsas gərirərək, yerli şirkətlərə Huawei” ilə əməkdaşlığı dayandırmağı əmr edib.

Anar Türkeş / Redaktor.az