ŞAD XƏBƏR: Pulsuz internetlə bağlı ilk addım atıldı - VİDEO

 10:46 25.05.2019     12372

ABŞ-ın “SpaceX” şirkəti internet layihəsi çərçivəsində kosmosa 60 peyk göndərib.

Redaktor.az “euronews”ə istinadən xəbər verir ki, aparatlar “Falcon 9” raketi ilə Floridadakı bazadan kosmosa buraxılıb. 1 peykin ağırlığı 227 kq-dır.

Qeyd edək ki, Kosmik nəqliyyat şirkəti “SpaceX”in yaradıcılarından olan İlon Mask 2027-ci ilə qədər bütün dünyanı “Starlink” peykləri ilə əhatə etməyi planlaşdırır.

Layihənin məqsədi dünyanı, o cümlədən, internet olmayan və xidmətin bahalı olduğu əraziləri yüksək sürətli, ucuz internetlə təmin etməkdir. 2027-ci ilə qədər kosmosa 12 min peykin göndərilməsi planlaşdırılır. Kosmosa 400 peyk göndəriləndən sonra internet xidməti istifadəyə veriləcək.

Anar Türkeş / Redaktor.az