“Huawei"ə qarşı sanksiyalar amerikalı şirkətlərə də ciddi ziyan vurub

 11:24 29.05.2019     536

Vaşinqtonun Çinin “Huawei” şirkətinə qarşı tətbiq etdiyi sanksiyalar amerikalı şirkətlərə də təsir göstərib.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, qadağalar “Huawei” şirkəti ilə əməkdaşlıq edən 1200-dən çox ABŞ şirkətinin fəaliyyətinə ziyan vurub. Sanksiyalar nəticəsində 170 ölkədə “Huawei” məhsullarından istifadə edən müştərilər zərər çəkib. Həmçinin, bu ölkələrdə şirkətin tərkibində onminlərlə iş yeri ləğv edilib.

Qeyd edək ki, ABŞ-ın Ticarət Nazirliyi “Huawei” şirkətinə qarşı qadağalar tətbiq edib. Səbəb, yerli texnologiya şirkətlərinin təhlükəsizliyini təmin etməkdir.

Anar Türkeş / Redaktor.az