“WhatsApp” istifadəçilərini qəzəbləndirəcək QƏRAR - Şirkətdən ŞOK ADDIM

 15:32 29.05.2019     3380

“WhatsApp” istifadəçilərini qəzəbləndirəcək addım atmağa hazırlaşır.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, şirkət 2020-ci ildən başlayaraq reklam qəbul edəcək. Bu, o deməkdir ki, istifadəçilər “WhatsApp”da reklamlarla qarşılaşacaq.

Reklam proqramın bəzi bölmələrini əhatə edəcək. Qeyd edək ki, “WhatsApp”ın reklam şirkətləri ilə əməkdaşlıq edəcəyinə dair xəbərlər hələ ötən il yayılmışdı. Bu qərar istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.

“WhatsApp” istifadəçilərinin sayının çox olmasına baxmayaraq bu vaxta qədər reklam qəbul etməyəib.

Anar Türkeş / Redaktor.az