Çin ilk dəfə dənizdən kosmosa raket buraxdı

 02:19 06.06.2019     754

Çin Sarı dənizdəki ərazi sularından ilk dəfə olaraq kosmosa raket buraxılışını həyata keçirib.

Redaktor.az Azərtac-a istinadən bildirir ki, Çinin kosmos sənayesində yeni mərhələnin başlanğıcı hesab olunan raket buraxılışı yerli vaxtla günorta saat 12:06-da (Bakı vaxtı ilə səhər 8:06) baş tutub. "Long March 11" daşıyıcı raketi dənizdəki mobil məntəqədən buraxılıb. Raketin missiyası 6 peyki Yer səthindən 600 kilometr yüksəklikdə orbitə qaldırmaqdır. Bu, həm də dünyada son beş ildə dənizdən ilk raket buraxılışıdır.