İNANILMAZ: Feysbuk bu istifadəçilərə PUL ÖDƏYƏCƏK - Profilinizi...

 14:01 13.06.2019     1665

“Facebook” sosial şəbəkəsi yeni proqram ərsəyə gətirib.

Redaktor.az CNN-ə istinadən xəbər verir ki, şirkət “Study” proqramına üzv olan istifadəçilərə pul ödəyəcək. Belə ki, istifadəçi bu proqrama qoşulandan sonra şirkət onun müxtəlif məlumatlarını, o cümlədən, bank hesablarını əldə etmək hüququna sahib olacaq. Lakin istifadəçi istəyə uyğun olaraq şəkil, şifrə, video və mesajların şirkət tərəfindən əldə edilməsinə qadağa qoya bilər. Bu proqrama yalnız yaşı 18-dən yuxarı olan şəxslər qoşula biləcək.

“Facebook” saxta profillə proqrama qoşulan azyaşlıların müəyyən edilməsi üçün onların məlumatlarını yoxlayacaq. Məlumata görə, şirkət şəxsi məlumatları paylaşmayacaq və onlardan reklam məqsədiylə istifadə etməyəcək. ”Facebook” məlumatların gizli qalacağına dair zəmanət verir. ”Study” proqramı istifadəçinin fəaliyyətlərini izləyərək analizlər aparacaq.

Məqsəd, daha keyfiyyətli məhsulları ortaya çıxarmaqdır. Proqram hələki əvvəlcə test şəklində ABŞ və Hindistanda istifadəyə veriləcək. Uğurlu alınarsa digər ölkələrə də yayılacaq.

Anar Türkeş / Redaktor.az