Hindistan özünün kosmik stansiyasını yaradacaq

 22:19 13.06.2019     614

Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı 2030-cu ilədək özünün kosmik stansiyasını yaratmağı düşünür.

Redaktor.az Trend-ə istinadən xəbər verir ki, ilkin planlara əsasən Hindistan 20 tonluq stansiya yaradacaq.

Bu stansiyada kosmonavtlar 15-20 gün keçirəcək.

Qeyd olunur ki, Hindistan bu stansiyanın reallaşdırılması üçün heç bir ölkədən yardım istəməyəcək.

Hazırda Yerin orbitində ABŞ, Rusiya, Çin və bir sıra digər ölkələr stansiyaya malikdir.