Rivianın elektrikli maşınları bir-birlərindən enerji yığacaq

 20:59 15.06.2019     643

Rivianın elektrikli maşınları bir-birlərindən enerji yığa biləcək və əgər ehtiyacınız olsa köməkçi batareya paketləri də olacaq.

Redaktor.az deyerler.org-a istinadən bildirir ki, elektrikli vasitələrin çoxaldığı bu dövrdə, bütün hamısının bir-birini enerji ilə təmin etməsi də çox məntiqli bir variant ola bilər. Rivianın elektrikli maşını və SUV ilə bunu reallaşdırmaq mümkün olacaq. Şirkətin idarəçisi R.J.Skarinc, Drayv (The Drive) nəşrinə verdiyi müsahibədə Riviandan Riviana enerji yığma sisteminin mümkün olacağını söylədi.

R.J.Skarinc bundan əlavə lisenziyalı köməkçi batareyalar təmin edəcəklərini də təsdiqlədi. Yəni baqajda uzun yollar üçün enerji yığma ehtiyacı olmadan artıq batareyalar daşıya biləcəksiniz.

Rivianın 2020-ci ildə R1T modeli üçün bir çox maraqlı vədi var. Ancaq R.J.Skarinc elektrikli vasitələrinin hələ aerodinamika və enerji infrastrukturları kimi mövcud texnologiyanın praktik məhdudlaşdırmaları ilə məşğul olduqlarını açıqladı.