“WhatsApp”dan MÖHTƏŞƏM YENİLİK: Sadəcə bir toxunuşla...

 14:36 24.06.2019     1098

“WhatsApp” sosial şəbəkəsi yeni xidməti istifadəyə verməyə hazırlaşır.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, şirkət “WhatsApp”da “barmaq izi” özəlliyini tətbiq etmək niyyətindədir. Bildirilir ki, telefon şifrəsi açılandan sonra belə “barmaq izi” xidməti aktiv edilmədən “WhatsApp”a girmək mümkün olmayacaq.

Şirkət bu xidmət sayəsində istifadəçilərin şəxsi məlumatlarını qorumaq niyyətindədir. Yeni xidmətin hələlik test mərhələsində olduğu bildirilir.

Anar Türkeş / Redaktor.az