Sosial şəbəkələr ÇÖKDÜ

 18:18 03.07.2019     3863

"Instagram" sosial şəbəkəsinin işində qüsurlar yaranıb.

Redaktor.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, ABŞ, Böyük Britaniya, Fransa, İspaniya, Portuqaliya, İtaliya, Almaniya, Danimarka, Macarıstan, Yunanıstan, Kanada və Rusiyada istifadəçilər çətinliklərlə üzləşiblər.

Bundan başqa, "WhatsApp" proqramında səs fayllarının və fotoşəkillərin göndərilməsi zamanı qüsurlar da qeydə alınır.

Vumart və Güvən reklamı Vumart Güvən