Çoxdandır gözlənilən YENİLİK - NƏHAYƏT GƏLDİ

 21:10 30.07.2019     4449

“WhatsApp” hesabını bir neçə cihazda istifadə eləmək mümkün olacaq.

Redaktor.az xarici mediaya istinadən bildirir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Portal uzun müddətdir gəzən söz-söhbətə son qoyub. O, Tviitterdəki paylaşımında stifadəçilərin hesablarını bir neçə cihazda istifadə edə biləcəyini təsdiqləyib.

Yəni, başqa bir cihazda “WhatsApp” hesabını açan zaman digər hesabınızdan çıxmaq məcburiyyətində qalmayacaqsınız. Proqram hər iki cihazda işləyəcək.

Lakin yeniliyin nə vaxt tətbiq ediləcəyi barədə məlumat verməyib.

Rüfət Xəlil / REDAKTOR.AZ