Azərbaycanda "Facebook" istifadəçilərin fəallığı AZALIB

 13:30 03.08.2019     3196

Bu ilin iyul ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı iyun ayı ilə müqayisədə 12,7 faiz bəndi azalıb.

"APA-Economics”in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, avqustun 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 51,6% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 24 faiz bəndi çoxdur. 

Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələri arasında populyarlığına görə ikinci yerdə "Pinterest" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı iyul ayı ərzində 33,8 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı cari ilin avqustun 1-nə 18,5% təşkil edib, bu da ötən ilin analoji göstəricisindən 2,1 dəfədən çoxdur.
Bu ilin iyul ayı ərzində ölkə üzrə "YouTube" şəbəkəsinin istifadəçilərinin fəallığı 6,1 faiz bəndi azalıb. Avqustun 1-nə olan məlumata əsasən, "YouTube" Azərbaycan sosial media bazarında 12,2% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 56,6 faiz bəndi azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü: "Twitter" – 9,51%, "Instagram" – 4,37%, "VKontakte" – 1,47%, "Google+" – 0,15% və s.