Vatsapla İnstaqramın adı dəyişdirilir

 20:56 03.08.2019     3865

Vatsap və İnstaqram tətbiqetmələrin adı dəyişdiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə “The Information” nəşri məlumat yayıb.

Məlumata görə, tətbiqetmələrin adına “Facebook-dan” sözü əlavə ediləcək. 

“Facebook” şirkətinin sözçüsü Berti Tomso bildirib ki, bu cür yeniliklər tətbiqetmələrin şirkətə mənsub olduğunu göstərəcək. 

Qeyd edək ki, dəyişik ediləcəyi halda tətbiqetmələrin adlrı mobil telefonların ekranlarında əvvəlki qaydada qalacaq.(“Qafqazinfo”)