Süni boğaz yaradıldı

 22:58 06.08.2019     18103

Araşdırmaçılar, boğaza yerləşdirilə bilən və danışmağı təmin edən süni bir boğaz yaratdı.

Danışıq prosesi boğazın içində həm ağız hərəkətləri həm də səs tellərindən ibarət olan toxumaların titrəşmələrini ehtiva edən kompleks bir əməliyyatdır. Məsələn bir insanın səs telləri zərər görsə danışma bacarığını tamamilə itirə bilər.

Araşdırmaçılar boyuna taxıldığında boğaz hərəkətlərini səslərə çevirə bilən geyilə bilən süni bir boğaz yaratdılar.

Alimlər süni boğazı yaratmaq üçün incə bir polivinil spirt lenti üzərinə lazerlə qrafen yerləşdirdi. Üstəlik bu cihaz bir insan dırnağının yalnız ikiqat böyüklüyündədir. Daha sonra bu cihazı könüllü bir insanın boğazına yapışdıran qrup, cihazı bir dövrə kartı, mikro kompyuter, güc amplifikatoru və kod həll edici ehtiva edən kiçik bir vəsaitə elektrodlarla bağladılar.

Könüllü adam səs çıxarmadan danışıq hərəkətlərini etdikdə, cihaz adamın boğaz hərəkətlərini qəbul edərək 'tamam' və 'xeyr' kimi sözlər çıxardı. Araşdırmaçılar, bu cihazın gələcəkdə danışma qüsuru olan fərdlər tərəfindən istifadə edilə biləcəyini ifadə etdi. /milli.az/