İki möhtəşəm YENİLİK - “WhatsApp” Veb istifadəçilərinin DİQQƏTİNƏ

 20:17 14.08.2019     1009

Dünyanın ən çox istifadə edilən mesajlaşma proqramı “WhatsApp”-ın Veb versiyasında yenilik gözlənilir.

Redaktor.az xəbər verir ki, şirkət "iOS" və "Android" istifadəçiləri ilə yanaşı proqramın Veb versiyası üçün də mütəmadi olaraq yeniliklər tətbiq edir.

“WABetaInfo" portal tərəfindən paylaşılan məlumata görə, "WhatsApp"-ın Veb versiyasına iki yeni özəllik əlavə olunacaq. Yeniliklərdən biri albomlardır. Adından da göründüyü kimi bu yenilik vasitəsilə şəkillərinizi albom halına salıb göndərə biləcəksiniz.

İkinci yenilik qruplaşdırılmış smayliklər adlanır. Adındanda göründüyü kimi bu yenilik tətbiq olunandan sonra Veb versiyada oxşar smayliklər qruplaşdırılacaq. Nəticədə istifadəçilər daha asan "WhatsApp" Veb versiyası istifadə edəcəklər.

Qeyd edək ki, yenilik hazırda test mərhələsindədir. Onun nə vaxt tətbiq ediləcəyi hələ ki, məlum deyil. 

Rüfət Xəlil / Redaktor.az