"İnstagram"da şübhəli məlumatlar barədə xəbərdarlıq ediləcək

 10:07 16.08.2019     595

"İnstagram" izləyiciləri üçün növbəti yeni funksiyasını açıqlayıb.

Redaktor.az apa.az-a istinadla xəbər verir ki, şübhə doğuran məlumatlar barədə dərhal xəbərdarlıq siqnalı ötürüləcək. 

İstifadəçi isə öz istəyinə uyğun olaraq həmin mesajı dəyərləndirə biləcək. 
Yeni funksiya imkan verəcək ki, istifadəçi "uyğun olmayan” və ya "yanlış  informasiya" (saxta) düymələrini sıxmaqla özünü sığortalasın. 
Eyni zamanda şübhə doğuran hesablar şəbəkə tərəfindən təhlil ediləcək. silinməsə də yayımlanması məhdudlaşdırılacaq.