Azərbaycanla Qazaxıstan radio kanalların koordinasiyasına dair protokol imzalayıb

 14:06 28.08.2019     298

Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Qazaxıstanın Rəqəmli İnkişaf, Müdafiə və Aerokosmik Sənaye Nazirliyinin nümayəndələri arasında koordinasiya görüşü keçirilib.

Dövlət Radiotezliklər İdarəsindən Redaktor.az-a verilən məlumata görə, görüşdə müxtəlif texnologiyaların istifadəsi üzrə müzakirələr aparılıb, kriteriyalar müəyyən edilib, sərhədyanı ərazilərdə televiziya və FM radio yayımlarını tənzimləmə üsulları, stansiyaların əhatə zonasının hesablanması, inteferensiyası, kanalların koordinasiyası müzakirə olunaraq müvafiq protokollar imzalanıb.

Görüşdə hər iki ölkə arasında ümumi maraqların qorunması və daha sıx əlaqələrin qurulmasında narahatlıq yaradan məsələlər diqqət mərkəzində olub, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin və əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb və ölkələrin bir-birlərinə dəstək verməsinin vacibliyi qeyd edilib.