“Huawei” “Google Apps”ə MEYDAN OXUYUR

 15:50 03.09.2019     1248

 “Huawei” şirkəti sentyabr ayının 19-u yeni məhsulunu təqdim etməyi planlaşdırır.

Redaktor.az-ın məlumatına görə, Çinin texnologiya nəhəngi “The Mate 30” adlı telefonu Almaniyanın Münhen şəhərində nümayiş etdirəcək.

Yeni marka “Google Apps”dan asılı olmayacaq və 5G texnologiyasını özündə cəmləşdirəcək.

“The Mate 30” “The Kirin 990” prosessoru ilə təchiz olunacaq. “Huawei”in Münhendəki nümayişdə yeni, özünəməxsus sistemini də təqdim edəcəyi bildirilir.

İlkin Sultanlı / Redaktor.az