"Alibaba"nın rəhbəri İSTEFA VERİB

 12:05 10.09.2019     693

Çinin "Alibaba" şirkətinin təsisçisi və rəhbəri Cek Ma (Jack Ma) Direktorlar Şurasının sədri vəzifəsindən istefa verib.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, Cek Manın yerini şirkətin icraçı direktoru Daniel Çjanq (Daniel Zhang) tutub.

Cek Ma vəzifəsini tərk etməklə  bağlı planlarını ötən ilin sentyabrın 10-da açıqlamışdı.