Çilidə dünyanın ən iri teleskopu tikilir - Bir milyard avro...

 03:16 28.09.2019     5725

Çilidə dünyanın ən iri yerüstü teleskopunun tikintisi başlayıb.

Redaktor.az-ın məlumatına görə, Avropa Kosmik Agentliyinə məxsus teleskopun çəkisi 2800 tona bərabər olacaq.

Teleskopun güzgüsünün diametri 39 metrə yaxındır. Qurğu ölçüsü 1,4 metrə bərabər olan ümumilikdə 798 altıbucaqlı seqmentdən ibarət olacaq.

Teleskopun dəyəri 1 milyard avro məbləğində ölçülür.

Yeni teleskop vasitəsilə Günəş sistemindən kənarda yerləşən planetlərin detallı şəkillərinin, o cümlədən Süd Yolunun mərkəzində iri qara dəliyin görüntüsünün əldə olunacağı gözlənilir. /trend/