Mercedes-Benz iki yeni hibrid hazırlayıb - FOTO

 20:27 12.10.2019     348

Mercedes-Benz şirkəti GLE və GLC krossoverlərinin hibrid versiyalarını təqdim edib. Mercedes-Benz GLE 350de 4Matic elektrik ötürməsi ilə 100 km, Mercedes-Benz GLC 300e 4Matic isə, 43 km qət edir.

Redaktor.az autograph.az-a istinadən bildirir ki, Mercedes-Benz GLE 350de 4Matic moedelini 31,2 kVs tutumu olan batareya ilə təchiz ediblər. Daimi cərəyan terminalından batareyanın doldurulmasına 30 dəqiqə vaxt tələb olunur.  Batareyanın quraşdırılması kuzovun arxa hissənin quruluşunun və arxa oxun konstruksiyasının dəyişdirilməsini tələb edib. Dizel-hibrid krossoverin baqaj bölümü 1915 litr yük qəbul edə bilər. Bu adi dizel krossoverində olduğundan 140 litr azdır.

Hibrid krossoverin güc qurğusu 194 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik dizel mühərrikindən, həmçinin 136 at qüvvəsi və 440 Nm fırlanma anına malik olan elektromotordan ibarətdir. Hibrid qurğunun ümumi hasilatı 320 at qüvvəsi və 700 Nm-dir. Dizel-hibrid krossover 100 km/saat həddini 6,8 saniyəyə toplayır və 210 km/saat maksimal sürət həddinə malikdir. Elektrik ötürməsi ilə krossoverin maksimal sürəti 160 km/saat təşkil edir. Hibrid dizel qarışıq rejimdə 100 kilometrə 1.1 litr yanacaq sərf edir.

Mercedes-Benz GLC 300e 4Matic modeli 211 at qüvvəli 2,0-litrlik benzin "turbodördlük", 122 at qüvvəli elektromotor və 3,5 kVs tutumu olan batareya ilə təchiz edilib. Hibrid güc qurğusunun ümumi hasilatı 320 at qüvvəsi və 700 Nm-dir. GLC 300e 100 km/saat həddinə 5,7 saniyəyə sürətlənir. Krossover qarışıq rejimdə 100 kilometrə 2,2-2,5 litr yanacaq sərf edir.