"Facebook" niyə çatdırılma vermir? - SƏBƏBİ AÇIQLANDI

 14:35 16.10.2019     811

“Facebook”da ya yenilənmə gedir, ya da ki server problemləri var”.

Bunu Redaktor.az-a İT mütəxəssisi Fərid Kazımov son günlər “Facebook” sosial şəbəkəsində yaranan problemlərdən ( Paylaşımların, xəbər linklərinin digər şəbəkə istifadəçilərinə çatdırılmamasından, donmalardan ) danışarkən deyib.

Onun sözlərinə görə, hər bir qlobal resurslarda belə problemlər yaranır:

“Facebook”da donmalar yaranır, bir-iki saat işləyə bilmir. Biz hər hansı bir sayta daxil olmaq üçün tapmaq istədiyimiz məlumat ötürülür serverə, həmin  server bizə o məlumatı çatdırır. Əgər, magistral xətlərdə, ötürülmə qrafikində problem ola bilərsə bu, özünü çatdırılmalarda  göstərir. Eyni zamanda, hostinq problemi də belə halların yaranmasına səbəb olur”.

Mütəxəssis bildirib ki, Azərbaycanın yerli provayderlərinin istəyi odur ki, milli kontent inkişaf etsin:

“Azərbaycan istifadəçiləri Azərbaycan serverlərində yerləşən resurslardan istifadə etsinlər. Bu, həm də xərcləri azaldır. Hər hansı bir xarici servere müracət edəndə əsas provayderlər müəyyən məbləğ odəyirlər. Yerli kontentin inkişafı bu xərcləri aşağı sala bilər”.

Nihadə Eyyubova / Redaktor.az