Çindən inqilabi YENİLİK - Təhlükəli insanlar müəyyən ediləcək
Dünyada təhdidlərə qarşı yeni təhlükəsizlik sistemlərinin ərsəyə gətirildiyi bir vaxtda Çin üztanıma sistemlərində iqilabi layihəyə imza atıb.
Redaktor.az xəbər verir ki, Sintszyan-Uyğur Muxtar Rayonunda yeni təhlükəsizlik sistemi test məqsədiylə tətbiq edilməyə başlanılıb. Sistem insanın təhlükəli olub-olmadığını onun üzündəki duyğularından müəyyən edə bilir.
Sistem insanların stress vəziyyətini üz ifadələri əsasında müəyyən edərək, mümkün təhlükəni üzə çıxara bilir. Məlumata görə, sistemin istənilən səviyyəyə çatması üçün 3-5 ilə ehtiyac var.
Anar Türkeş / Redaktor.az