Azərbaycana mobil telefon idxalı ARTIQ

 11:27 14.11.2019     1515

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 945 413 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün nəzərdə tutulan telefon aparatları idxal olunub.

Bu barədə Redaktor.az-a Dövlət Statistika Komitəsindən deyiblər.

Komitədən verilən məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan sözügedən məhsulların sayı 64,6% artıb.

Cari ilin doqquz ayı ərzində idxal olunan məhsulların dəyəri 112 017,6 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86% çoxdur.