TƏHLÜKƏ: Minlərlə insanın ölümünə səbəb olacaq? - Azərbaycanda da var

 14:09 18.11.2019     3294

Bir neçə gün öncə “Azercell” mobil rabitə operatoru 5G texnologiyasının test rejimində tətbiqinə başladığını bildirib.

Redaktor.az xəbər verir ki, bu məsələ ətrafında bir sıra təzadlı fikirlər var. Əksər ölkə 5G texnologiyasına keçməyə can atsa da, bəzi Avropa ölkələri 5G-yə şübhə ilə yanaşırlar. Bu şübhənin bir nömrəli səbəbi radiasiya təhlükəsidir. Müxtəlif texnoloji şirkətlər və elm adamları 5G texnologiyasından yayılan radiasiyanın miqdarının insan sağlamlığı üçün təhlükəli olduğunu söyləyirlər.

Avropa ölkələri imtina edib

Avropada 5G-dən ilk imtina edən ölkə Belçikadır. Hökumət bununla bağlı ötən ilin iyul ayında mobil operatorlarla razılaşma əldə edib. Bu razılaşmaya əsasən, 5G şəbəkəsinin paytaxt Brüsseldə test rejimində istifadəsi 2020-ci ilə qədər dayandırılıb. Bu müddət ərzində sistemin yaydığı radiasiya ilə bağlı elmi araşdırmalar aparılacaq. 

İsveçrədə də minlərlə insanın iştirak etdiyi aksiyada 5G-nin tətbiqinin insan hüquqlarına qarşı cinayət olduğu bəyan edilib. 5G əleyhdarları hesab edirlər ki, bu mobil texnologiya insan sağlamlığına və ətraf mühitə ciddi mənfi təsir göstərə bilər. Eyni zamanda, 5G-nin insan sağlamlığı və ətraf mühitə təsiri ilə bağlı aparılan araşdırmalar başa çatana qədər ölkədə tətbiqinə moratorium qoyulması məqsədi ilə referendum keçirilməsi üçün 100 min imza toplamağa çalışırlar. Aksiyaçılar insan sağlamlığı üçün təhlükəsiz olan fiber optik rabitənin inkişafını də tələb edirlər.

Qeyd edək ki, bu ilin fevralında İsveçrədə üç böyük mobil rabitə operatoru 5G tezliyini təqdim edib. İyulda ölkədə 334 ədəd 5G tezliyinə malik qüllə istismara verilib.

5G dəhşətli xəstəliklər yayacaq?

Beşinci nəsil mobil şəbəkə və ya qısa adı ilə 5G üçün 23-100 100 GHz tezliyindən istifafə edilir. Yüksək tezlikli 5G sayəsində internet 10 Gbit sürətlə və çox aşağı gecikmə ilə təmin edilə bilir. 

Mütəxəssilər hesab edir ki, 5G texnologiyasında interneti yüksək sürətlə və aşağı gecikmə ilə çatdırmaq üçün yüksək tezlikli dalğa uzunluqlarından istifadə olunması insan sağlamlığı üçün olduqca təhlükəlidir. Yəni, bu dalğa uzunluqları aşağı tezlikli cihazlara nisbətən daha çox enerjiyə malikdir. Üstəlik, dalğanın uzunluğu qısaldıldığı üçün daha çox anten yerləşdirilməlidir. Təxminən hər 150 metrdən bir baza stansiyasını artırmaq üçün antenlərdən istifadə etmək lazımdır. Bu, şəhərin hər yerində antenləri görməyimizə səbəb olacaq. Antenlərin sayının artması aşağı tezlikli radio dalğalarının artmasına səbəb olur və bədənimiz bu dalğaların mənfi təsirinə məruz qalır. 

5G-nin yaydığı radiasiyanın ciddir araşdırımasını tələb edən 250 elm adamı birgə bəyanat imzalayıblar. Onlar iddia edirlər ki, bu sistem yer üzərindəki bütün canlılar üçün təhlükə mənbəyidir. 

Azərbaycanda vəziyyət necədir?

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz hesab edir ki, Azərbaycanda 5G-nin istifadəyə verilməsindən əvvəl aşağı səviyyədə olan texnologiyaların vəziyyəti normallaşdırılmalıdır:

“Azərbaycanda 5G-nin tətbiq olunması əhali tərəfindən o qədər də isti qarşılanmadı. Bunun da səbəbi 2G, 3G və 4G-nin ölkədə hələ də normal çalışmamasıdır. Bunun üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aidiyyəti qurumlarla birlikdə mobil xidmətlərin və mobil danışıqların keyfiyyəti ilə bağlı monitorinq aparmalıdır”.

Oral Mədənçi / Redaktor.az