"İnstagram"dan XƏBƏRDARLIQ - Bu profillər BAĞLANACAQ

 13:23 07.12.2019     6535

“İnstaqram” sosial şəbəkəsi yaşı 13-dən az olan şəxslərin profillərini bağlayacaq.

Redaktor.az xəbər verir ki, yaxın günlərdə prosesin tətbiqinə başlanılacaq. Bunun üçün yeni moderatorlar ayrılıb. Məlumata görə, yaşı 13-dən az olan istifadəçilərin profillərinin bağlanması uşaqların təhlükəsizliyi ilə bağlıdır.

Bundan əlavə, istifadəçilərdən yaş və digər şəxsi məlumatlar tələb olunacaq. Lakin bu məlumatları digər istifadəçilər görə bilməyəcək.

Anar Türkeş / Redaktor.az