NƏHAYƏT GƏLDİ! - “WhatsApp”da çoxdandır gözlənilən YENİLİK

 14:16 06.12.2019     6308

“WhatsApp”ın bir müddət əvvəl iOS istifadəçilərinin ixtiyarına verdiyi yenilik Android sistemdə də tətbiq olunmağa başlayıb.

Redaktor.az bildirir ki, yenilik gələn zəngləri gözlətmək funksiyasına malikdir. Əvvəllər istifadəçilər “WhatsApp”ın zəng funksiyasından istifadə edən zaman digər zənglərdən xəbərdar olmurdu. Lakin tətbiq edilən yenilik vasitəsilə həmin zəngləri artıq gözlədə, yaxud da cavablaya bilərsiniz.

“WhatsApp” eyni zamanda bəzi cihazlarda enerjinin tez bitməsinə səbəb olan önəmli bir problemi bu yeniliklə aradan qaldırıb. Həmçinin, bu yenilikdən sonra artıq sizi kimin qruplara əlavə etdiyini görə biləcəksiniz.