DİQQƏTLİ OLUN! - Bütün məlumatlarınız OĞURLANIR

 11:15 12.12.2019     1657

Bəzən internetdə axtardığımız hansısa məhsul “Facebook” reklamında qarşımıza çıxır.

Bəzən də ilk dəfə gördüyümüz biri “Facebook” dostu kimi proqram tərəfindən önərilir. Sizcə, bu, ilginc deyilmi?

İKT Mərkəzinin direktoru Fərid Kazımov Redaktor.az-a açıqlamasında bildirir ki, bütün bunlar istifadəçilərin data məlumatı əsasında formalaşır:

“Data məlumatlar hazırda dünyada ikinci qızıl hesab olunur. Çünki müştərilərin davranışlarına uyğun reklamların öyrənilməsi data üzərindən qurulur. Bunu sadə şəkildə izah edim. Telefonla brauzerə daxil olan zaman telefonunuzdakı “gmail” hesabınız təhlil olunur. “Google” həmin məlumatları götürərək lazım olan yerlərə ötürür. Məlumatın üçüncü nəfərə göndərilməsi məsələsi dəfələrlə gündəmə gətirilib. Datada olan məlumatların ötürülməsi hesabına hər il “Google” digər böyük şirkətlər milyardlarla pul qazanır. Bu, müasir dövrdə istifadə olunan normal texnologiyadır. Bunun nə dərəcədə etik olması ikinci məsələdir”.

Data məlumat necə əldə olunur?

Fərid Kazımov qeyd edir ki, data məlumat istifadəçinin məhz davranışı ilə bağlı formalaşan məlumat toplusudur:

“Məsələn, “Google”də axtarış etdiyiniz hansısa söz, yaxud “gmail” üzərindən yazışma açar sözlər kimi bazada toplanır. Həmin açar sözlərdən istifadə edən reklam məlumatları birbaşa olaraq qarşınıza çıxarılır. Burada əsas məsalə istifadəçini maraqlandıran, axtardığı hansısa məlumatı dəqiqləşdirib, ona reklam şəklində təqdim edə bilməkdir”.

Xəyalə Məmmədova / REDAKTOR.AZ