29 min "Facebook" əməkdaşının məlumatları oğurlanıb

 11:59 14.12.2019     3420

2018-ci ildə "Facebook" şirkətində işləyən 29 min şəxsin bank və digər şəxsi məlumatlarının olduğu sərt disklər sosial şəbəkənin əməkdaşının avtomobilindən oğurlanıb.

Redaktor.az-ın Trənd-ə istinadən verdiyi məlumata görə, şifrlənməmiş sərt disklərdə işçilərin adları, bank hesablarının nömrələri, sosial təminat nömrələrinin son dörd rəqəmləri, maaş və bonuslar haqqında məlumatlar olub.

Bildirilir ki, oğurlanan sərt disklərdə istifadəçilər haqqında məlumatlar olmayıb.

Qeyd edilir ki, qarət edilən "Facebook" əməkdaşı sərt diskləri ofisdən kənara götürə bilməzdi və bu səbəbdən ona qarşı intizam tədbirləri görülüb.