Google xəbərdarlıq etdi: "Google Chrome 79"u yükləməyin!

 21:45 04.01.2020     1705

Dünyanın ən böyük texnologiya nəhənglərindən olan Google ötən günlərdə təqdim otdiyi "Google Chrome 79" tətbiqi ilə bağlı istifadəçilərə xəbərdarlıq edib.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, tətbiqdə məlumat bazası ilə bağlı xəta olması səbəbindən yüklənməməsi qeyd olunur. Bildirilir ki, WebView sistemi ilə çalışan yeni tətbiq bəzi istifadəçilərin mobil telefonunda məlumatların silinməsinə səbəb olub. Həmçinin tətbiqlərdin yaddaş hissəsində çalışan "WebSQL" ve "localStorage" burada çalışmır. Bu səbəblə tətbiqdən istifadə edərkən telefondan silinən məlumatları bir daha tapmaq olmur.