"Microsoft" "Windows 7" əməliyat sistemi üçün texniki dəstəyi dəyandırıb

 08:40 14.01.2020     1939

22 oktyabr 2009-cu ildə buraxılmış "Windows 7" əməliyyat sisteminə texniki dəstək və yenilənmə 14 yanvardan başlayaraq dəyandırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Microsoft" şirkətinin saytında xəbər yayılıb.

Xəbərdə deyilir: "10 illik fəaliyyətdən sonra, Windows 7 üçün dəstək yanvarın 14-dən etibarən dayandırılacaq. Keçidin çətin ola biləcəyini bilirik və bundan sonra nə ediləcəyinə dair tövsiyələrlə kömək etmək və texniki dəstəyin dayandırılması ilə bağlı suallara cavab vermək istəyirik."

Windows 7-də işləyən kompüterlər fəaliyyətini davam etdirəcək, lakin Microsoft artıq texniki dəstək göstərməyəcək və yeniləmələri buraxmayacaq. Şirkət, Windows 7 istifadəçilərinə OneDrive xidmətindən istifadə edərək fayl və fotoların surətlərini yaratmağı və Windows 10 əməliyyat sistemini istifadə etməyi tövsiyə edir. (Trend.az)