İlk naviqasiya sistemləri necə yaranıb? – ARAŞDIRMA

 03:12 17.01.2020     2430

Ötən əsrin 70-80-ci illərində aktiv kosmik tədqiqatlar peyk naviqasiyası üçün kosmik aparatlardan istifadə etməyə imkan yaratdı.

Redaktor.az xəbər verir ki, elektronikanın inkişafı isə siqnalları birbaşa avtomobilə ötürə bildi. İnnovativ inkişafın nəticəsi olaraq, peyk siqnallarının kompüter vasitəsilə emalını həyata keçirən amerikan sistemi "Class" öz məhsullarını bazara təqdim etdi.

Naviqasiya sistemlərinin qabaqcılları

1985-ci ildə "Chrysler" şirkəti "lazer atlası" haqqında məlumat verdi, lakin "Ford" da öz modellərində bortda naviqasiya sistemlərini quraşdırmağa hazır idi.

Avtomatik naviqasiya sistemlərinin istismarı üçün birləşdirilmiş bir neçə komponent istifadə edilirdi:

1. Məlumat toplamaq üçün "Navastar" naviqasiya peykləri

2. Monitora məlumatı ötürə biləcək qəbuledici-ötürücü

Yalnız ABŞ-ın bütün ərazisini əhatə etmək üçün 25 minə qədər qrafik şəkil yaratmaq tələb olunurdu. Qurulan ərazinin sıxlığından asılı olaraq fərdi xəritələr 50 mil miqyasdan 32 min mil arasında ölçülürdü.

Artıq ilk hazır qurğular sensor monitorları ilə istehsal olundu. Bu, bort naviqasiyanın istifadəsini asanlaşdırdı. Sürücü xəritəni birbaşa ekranda böyütmək və ya fırlatmaqla asanlıqla istədiyi yeri tapa bilirdi.

Əvvəllər naviqasiya sistemləri yalnız uzun səfərlərdə sürücüyə kömək məqsədi ilə təqdim olunurdu. Peyk sistemi bir çox avtomobildə dəqiq marşrut xəttini təmin edərək bir sıra problemi həll etməkdə səmərəli idi. Lakin hələ bugünkü mövcud olan funksiyalardan söhbət belə getmirdi:

1. Ən qısa yol trayektoriyasını seçmək;

2. Yaranan tıxacları nəzərə almaq;