Yaponiya dünyanı qabaqlayır: 6G

 11:23 21.01.2020     2479

Yaponiya hökuməti ölkədə 6G sisteminin tətbiqinin başlanılması barədə qərar qəbul edib.

Redaktor.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı NHK televiziyası yayıb. Məlumata görə, bunun üçün texniki mütəxəssislərdən, özəl biznes nümayəndələrindən ibarət ekspertlər şurası yaradılacaq.

Qeyd edək ki, Yaponiyada 5G sisteminin kütləvi tətbiqinə yazda başlanılacaq.