Azərbaycanda kompüter istehsalı artıb

 23:30 23.01.2020     2679

2019-cu il ərzində Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 276,8 milyon manatlıq məhsul istehsal olunub.

Redaktor.az-ın məlumatına görə, əvvəlki ilin yanvar-dekabr ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 51,8 faiz, elektrik avadanlıqlarının istehsalı isə 1,1 faiz artıb.

Dövr ərzində əvvəlki ilin yanvar-dekabr ayları ilə müqayisədə mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazlar 41,5 faiz, avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı isə 38,8 faiz artıb. (Ölkə.az)

Vumart və Güvən reklamı Vumart Güvən