Koronavirus

6G-nin fantastik imkanları: 50 filmi 1 saniyəyə yükləmək mümkündür

 01:16 04.02.2020     2134

5G şəbəkəsinin bütün dünya üzrə inteqrasiyasına hələ yenicə start verilib. Lakin Çində artıq növbəti nəsil şəbəkə standartının yaradılmasına başlanılıb.

Redaktor.az xəbər verir ki, 6G şəbəkəsinin yaxın illərdə istifadəyə verilməsi gözlənilməsə də, mütəxəssislər artıq indidən istifadəçilərin həmin şəbəkədən nələri gözləməli olduqları üzrə proqnozlar verirlər.

Sidney Universitetinin mütəxəssisi Mahyar Shirvanimoghaddamın fikrincə 6G şəbəkəsində məlumatların ötürülməsi sürəti 5G şəbəkəsindəki ötürülmə sürətindən 8000 dəfə yüksək olacaq. Qeyd etmək lazımdır ki, laboratoriya şəraitində 5G şəbəkə üzrə məlumatların ötürülməsi sürəti saniyədə 1 Gbit təşki edir. Onun fikrincə 6G şəbəkəsində isə məlumatların ötürülməsi sürəti saniyədə 1 TB (saniyədə 8000 Gbit) təşkil edəcək.

Bu isə öz növbəsində internetdən istifadənin yeni ssenarilərini istifadəçilərə təqdim etməlidir. Məsələn, insan beynini birbaşa qlobal şəbəkəyə qoşmaq mümkün olacaq. 6G şəbəkəsinin potensial imkanlarını təsəvvür etmək üçün qeyd etmək lazımdır ki, bu cür sürətlə 4K keyfiyyətli 142 saatlıq videonu 1 saniyəyə yükləmək mümkün olacaq. Lakin bu innovasiyalı texnologiyanı minimum 10 il gözləmək lazım olacaq. 5G şəbəkəsində lider şirkətlərdən biri olan "Huawei" məhz bu cür zaman intervalı təyin ediblər.