“Apple”a 47 milyonluq cərimə

 19:37 07.02.2020     3228

Fransa “Apple” şirkətini 25 milyon avro cərimələyib.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, şirkət İOS əməliyyat sisteminin (10.2.1 ve 11.2) yeniləmələri səbəbilə cəzalandırılıb.

Bu yeniləmələrin şirkətin istehsal etdiyi köhnə “iPhone” modellərini qəsdən zəiflətməsi istehlakçıların etirazına səbəb olub. Fransa məhkəməsi şirkətin bu barədə istifadəçilərə heç bir xəbərdarlıq etməməsini əsas gətirərək 25 milyon avro (təxminən, 47 milyon manat) cərimə müəyyən edib.

Xatırladaq ki, “Apple” daha öncə eyni səbəbdən ötrü İsrail ilə də gərginlik yaşamışdı.