"Facebook" hücuma məruz qaldı

 13:16 08.02.2020     3331

"Twitter" sosial media platforması "Facebook" və "Messenger"in rəsmi səhifələrinin haker hücumuna məruz qaldığını açıqlayıb.

“Problemdən xəbərdar olduğumuz anda, xaker hücumuna məruz qalmış hesabları bağladıq və "Facebook"dakı tərəfdaşlarımızla yaxın əməkdaşlıq edirik”, – "Twitter" sözçüsü Cek Osbon vurğulayıb.

O, qeyd edib ki, korporativ hesablarımız qısa müddətli kiberhücuma məruz qaldı, ancaq hesablara girişi təmin etdik və geri yüklədik.

Xatırladaq ki, ötən ilin avqust ayında da "Twitter" sosial media platformasına kiberhücuma məruz qalmış və bu hücumdan təxminən milyon istifadəçi zərər görmüşdü.