Ən bahalı telefonlar - SİYAHI

 15:08 10.02.2020     3616

Cib telefonları ən çox istifadə olunan texnoloji avadanlıqlardandır.

Redaktor.az ən bahalı cib telefonlarını təqdim edir:

1. "Falcon Supernova Pink Diamond iPhone 6"

Arxa hissəsində iri ağ brilliant olan bu cihaz “iPhone 6” ilə eyniləşdirilib. Satış qiyməti 95,5 milyon dollardır.

2. "iPhone 5 Black Diamond"

Çinli iş adamı tərəfindən brilliant və qızıl örtüyündən hazırlanmış  “iPhone 5” cihazı ən bahalı telefonlardan sayılır. Qiyməti  15,3 milyon dollardır.

3. "iPhone 6 Amosu Call of Diamond"

2 aylıq istehsal prosesindən sonra tamamən qızılla bəzədilən cihazın arxa tərəfində 6000 brilliant qaş var. Qiyməti 2,7 milyon dollardır.

4. "GoldVish Le Million"

Görünüşü baxımından qəribə olan telefon 150 qara brilliantla örtülüb. 2006-cı ildə hazırlanıb. Qiyməti 1,3 milyon dollardır.

5. "Diamond Crypto Smartphone"

Bu telefon etibarlılığı və təhlükəsizliyi ilə seçilir. 50 ədəd brilliantla bəzədilib. Qiyməti 1,3 milyon dollardır.

6. "Gresso Luxor Las Vegas Jackpot"

Dünyada bu telefondan cəmi 3 ədəd vardır. Demək olar, tamamilə qızılla örtülüdür. 1 milyon dollar dəyərindədir.

7. "Vertu Signature Cobra"

“Vertu” modelindən olan bu telefondan 8 ədəd istehsal edilib. Yaqut və brilliantla örtülüb. 310 min dollar dəyərindədir.

8. "Black Diamond VIPN Smartphone"

Görünüşünə görə çəkici olmasa da, iki iri almazla bəzədilib. Qiyməti 300 min dollardır.

9. "Savelli Smartphone"

18 əyyar qızılla örtülüb. Arxası ölü ilan və iquana dərisi ilə bəzədilib. 250 min dollara almaq mümkündür.

10. "iPhone Princess Plus"

Üzərində 318 ədəd brilliant daş var. Bu daşlardan 138-i xüsusilə işlənmədir. Qiyməti 174 min 400 dollardır.